Vanetsyanı və Osipyanı kimlər əvəz edəcək?| Ən çox ehtimal olunan namizədlər

2019/10/18996-1571742075.jpg
Oxunub: 14071     16:00     22 Oktyabr 2019    
Ermənistan parlamentinin bu gün başlayan dörd günlük iclasının ən intriqalı məsələ güc strukturları rəhbərlərinin təyin olunması ilə bağlı “İşıqlı Ermənistan” partiyası tərəfindən irəli sürülmüş qanun lahiyəsidir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanun lahiyəsi ikinci oxunuşdan keçəcək və Ermənistanda 4 il yaşamış, 25 yaşı tamam olan hər bir vətəndaşa MTX direktoru və ya Polis rəisi olmaq imkanı verəcək.

“Məsələyə səsvermə günü qərar veriləcək, hər halda, bizim “İşıqlı Ermənistan”la razılaşmamış var. Müxalifət olaraq təqdim olunan qanun lahiyələrinin lehinə səs verəcəyik”, - deyə “Çiçəklənən Ermənistan” partiyasından bildirilib.

Qanun lahiyəsinin qəbul olunmasından sonra uzun zamandır müvəqqəti rəhbərlər tərəfindən idarə olunan güc strukturlarının rəhbərləri olacaq. Polis rəisi vəzifəsinə ən çox ehtimal olunan şəxs Hunan Poğosyan, Milli Təhlükəsizlik Xidməti direktoru vəzifəsinə isə ən çox adı çəkilən şəxs MTX-nin iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə departamentinin rəisi Mikayel Hambardzumyandır.

Sonuncu, Artur Vanetsyandan fərqli olaraq hakimiyyət “düşmənləri”nə qarşı amansız tədbirlər görməsi ilə məşhurdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vanetsyan   Osipyan  


Bizi "telegram"da izləyin